Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
21 Noyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-160, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2013-cü ildə də bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 78 m3/s təşkil edərək ongünlük normanın 97 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm artım, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 304 sm (2013-cü il noyabrın 21-də 340 sm), Şirvanda 139 sm (2013-cü il noyabrın 21-də 185 sm), Salyanda 100 sm (2013-cü il noyabrın 21-də 155 sm), Bankədə 166 sm (2013-cü il noyabrın 21-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 31 sm (2013-cü il noyabrın 21-də 100 sm) təşkil edir.