Ümumdünya Vəhşi Təbiət Günündə turistlər vəhşi fauna və flora aləminin gözəlliyini görmək üçün milli parklara səfər edib
04 Mart 2024, 17:40
Unikal landşaftları əhatə etməklə ekoloji turizmi özündə ehtiva edən milli parklarımızdakı vəhşi təbiətin gözəlliyini seyr etmək, baharın ilk əlamətlərini, göz oxşayan dəyişiklikləri müşahidə etmək məqsədilə turistlər Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət ediblər.
Xatırladaq ki, Ümumdünya Vəhşi Təbiət Günü 2013-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə ictimaiyyətin vəhşi təbiətə dair məlumatlandırma səviyyəsinin yüksəldilməsi, insanlarda təbiətə qarşı duyarlılığın artırılması, bioloji növ müxtəlifliyinin mühafizəsi, onların gələcək nəsillərə çatdırılmasının əhəmiyyətinin təmin edilməsi məqsədilə təsis edilib.