Xəbərlər

Naxçıvanda ilin ilk ağacəkmə aksiyası keçirilib

04 Mart 2024, 11:12

 
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dövlət və hökümət nümayəndələrinin, özəl təşkilatların əməkdaşlarının və 40-dan çox ekokönüllünün iştirakı ilə ilin ilk ağacəkmə aksiyası keçirilib.

Naxçıvanda Uzunoba su anbarının yuxarı hissəsindəki 4,3 hektar sahədə təşkil olunan ağacəkmə aksiyasında 2100 ədəd müxtəlif növ ağac tingi əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.