Xəbərlər

Regionlarda ətraf mühit sahəsində maarifləndirici görüşlər davam edir

28 Fevral 2024, 15:15

 
Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən regionlarda yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını artırmaq, bu sahəyə məsuliyyət hissini aşılamaq məqsədilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil olunur.

Növbəti görüşlər çərçivəsində Lənkəran Dövlət Universitetinin tələbələrinə ətraf mühitin mühafizəsi və ekoloji tarazlıq, Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbin şagirdlərinə narkomaniyaya qarşı mübarizə tədbirləri, Mingəçevir Dövlət Universitetinin tələbələrinə isə sudan səmərəli və qənaətlə istifadə edilməsi ilə bağlı məlumatlar verilib, mövzular ətrafında verilən suallar cavablandırılıb.