Xəbərlər

Beynəlxalq Ticarət Palatasının Baş katibi ilə görüş keçirilib

27 Fevral 2024, 09:05

Beynəlxalq Ticarət Palatasının Baş katibi Con Denton ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.