"AzVirt" MMC-nin əməkdaşlarına maarifləndirici təlim keçirilib
26 Fevral 2024, 13:40
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən "AzVirt" MMC-nin əməkdaşları ilə maarifləndirici görüş təşkil olunub.
Görüş çərçivəsində iştirakçılara ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələbləri, tullantılar üzrə dövlət statistik hesabatlarının tərtib edilməsi və aidiyyəti üzrə razılaşdırılması, tullantıların ətraf mühitə atılması, axıdılması və yerləşdirilməsinə görə ödənişlərin tətbiqi qaydalarından irəli gələn məsələlər barədə məlumatlar verilib, şirkət əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı qarşıda duran prioritetlər ətrafında da müzakirələr aparılıb.