Rusiya Federasiyasının Azərbaycandakı səfiri ilə görüş keçirilib
23 Fevral 2024, 09:20
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mixail Yevdokimov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.