Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov noyabr ayının 28-də Şəmkir şəhərində vətəndaşların qəbulunu keçirəcək

18 Noyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 28 noyabr 2014-cü il tarixində saat 10:00-da Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti-5) Şəmkir, Gədəbəy, Samux rayonlarında və Gəncə şəhərində yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Şəmkir şəhəri; əlaqə telefonları: 070 852 53 06; 050 520 48 05; 022 3077435) xahiş olunur.