Xəbərlər

Bu gün meşə fondu torpaqlarında 24 mindən artıq ağac əkilib

13 Fevral 2024, 17:55

Son günlər ölkədə hava şəraitinin əlverişli keçməsi bir sıra meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirlərinin aparılmasına imkan verir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, bu gün növbəti ağacəkmə və meşəbərpa tədbirləri Lerik, Masallı, İmişli, Sabirabad, İsmayıllı, Qəbələ, Şəki, Ağdaş və Göygöl rayonlarının meşə fondu torpaqlarında keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun ağac tingləri əkilib.

“Gün ərzində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 18,5 hektar ərazidə 24 150 ədəd müxtəlif cinsli ağac tingi əkilib, 900 kiloqram toxum səpilib”.

Xidmət rəisinin sözlərinə görə, ağacəkmə və meşəbərpa tədbirlərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş tinglərindən istifadə olunur.



Today, more than 24,000 trees were planted in the forest areas

In recent days, favorable weather conditions in the country have created conditions for carrying out reforestation activities in the forest areas.

Ramik Ashrafov, the head of the Forest Development Service, said that today the next tree planting and reforestation measures were held in the forest areas of Lerik, Masalli, Imishli, Sabirabad, Ismayilli, Gabala, Shaki, Aghdash and Goygol regions, and tree seedlings were planted due to the land-climate conditions of each region.

"During the day, 24 150 tree saplings of different species were planted in a total of 18.5 hectares area, 900 kilograms of seeds were sown with the participation of employees of Regional Forestry Centers".

Oak, pistachio, hornbeam, maple, elm, plane, tilia and ash seedlings grown in the seedling areas of the Regional Forestry Centers are used in tree planting and reforestation activities.