Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

17 Noyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 147 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 10, Salyanda 15, Araz çayının Novruzlu məntəqəsində 19 sm azalma, Bankədə isə 8 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 305 sm (2013-cü il noyabrın 17-də 330 sm), Şirvanda 137 sm (2013-cü il noyabrın 17-də 176 sm), Salyanda 100 sm (2013-cü il noyabrın 17-də 140 sm), Bankədə 176 sm (2013-cü il noyabrın 17-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2013-cü il noyabrın 17-də 80 sm) təşkil edir.