Hirkan Milli Parkının yaranmasından 20 il ötür
09 Fevral 2024, 13:15
Hirkan Milli parkının yaranmasının 20 illiyi münasibətilə elmi-praktiki konfrans keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Xarici İşlər Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisinin, yerli icra hakimiyyəti orqanının nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən nadir meşə massivi sayılan Hirkan Milli Parkının unikal ekosistemi, Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyəti və YUNESKO ilə iş sahəsində gələcək perspektivlər müzakirə olunub.
Eyni zamanda, konfransda Hirkan Milli Parkında həyata keçirilən layihələr, quraşdırılmış fototələlər barədə məlumatlar verilib, beynəlxalq ekspertlər videoformatda çıxışlar edib.
Tədbir çərçivəsində XİN-in nümayəndəsi tərəfindən Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı YUNESKO-nun baş direktoru Odre Azule tərəfindən imzalanmış sertifikat təqdim olunub, iştirakçılara YUNESKO-nun 45-ci sessiyasından kadrları əks etdirən video və foto görüntülər nümayiş etdirilib.
A scientific-practical conference marked the 20th anniversary of the establishment of Hirkan National Park.
The event, attended by officials from the Ministry of Ecology and Natural Resources, the Ministry of Foreign Affairs, the Food and Agriculture Organization of the United Nations (FAO), the Azerbaijan office of the World Wildlife Fund (WWF), local executive authorities, and eco-volunteers, focused on the unique ecosystem of Hirkan National Park. Discussions centered on the significance of Hirkan forests inscription to the UNESCO World Heritage List, with a focus on future collaboration with UNESCO World Heritage Convention.
The conference highlighted the accomplishments of the past two decades, showcasing projects within Hirkan National Park and featuring photo traps capturing the region's diverse wildlife. International experts contributed through video presentations, offering insights and perspectives. The Ministry of Foreign Affairs presented a certificate from UNESCO Director General, officially confirming the inscription of Hyrcanian forests in the UNESCO World Heritage List.
Participants were treated to visual displays, including footage from the 45th session of UNESCO, providing a comprehensive overview of the journey towards preserving and recognizing the ecological importance of Hyrcanian forests.