Milli Hidrometeorologiya Xidmətində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Okan Dursunla görüş keçirilib.
02 Fevral 2024, 16:30
Milli Hidrometeorologiya Xidmətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransda iştirak edən Türkiyə təmsilçisi, “Carbon Gate” iqlim texnologiyaları müəssisəsinin həmtəsisçisi və baş direktoru, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Okan Dursunla görüş keçirilib.
Görüşdə iqlim dəyişmələrinin təsirləri, karbon emissiyalarının azaldılması, eləcə də bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti müzakirə olunub.
Görüş çərçivəsində Okan Dursun Xidmətdə fəaliyyət göstərən Situasiya Mərkəzinin iş prinsipi, “TÜRKMETCAP+” proqnoz sistemi, hidrometeoroloji müşahidə məlumatlarının vizuallaşdırılması, radar müşahidələri, avtomatlaşdırılmış hidroloji müşahidə sistemləri və atmosfer havasının keyfiyyətinin monitorinqi stansiyalarının məlumatları ilə tanış olub.