BDU ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
01 Fevral 2024, 11:50
Bakı Dövlət Universiteti (BDU) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən böyük qələbələrindəndir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək. Bütün bunlar dövlət qurumlarının və ali təhsil müəssisələrinin üzərinə də müəyyən öhdəliklər qoyur.
Rektor imzalanan memorandumun ölkədə bu sahədə həyata keçirilən dövlət siyasətinə töhfə verəcəyinə əminliyini bildirib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev isə qeyd edib ki, Azərbaycandakı bütün milli park və qoruqlarda təcrübə və elmi-tədqiqat işləri aparmaq üçün hər cür şərait var. BDU tələbələrinin tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətində təcrübə və təlim keçmələri təşkil edilə bilər. Anlaşma memorandumuna əsasən, Xidmətin struktur bölmələrinin əməkdaşlarının BDU-da ixtisasartırma dərslərinin keçirilməsi, tədris prosesinə cəlb olunması nəzərdə tutulur. Birgə əməkdaşlıq çərçivəsində BDU-nun ekologiya ixtisası və ekologiya hüququ üzrə təhsil alan tələbələrinin ekoloji layihələrin hazırlanması və həyata keçirilməsinə cəlb edilməsi işi də təşkil ediləcək.
Anlaşma Memorandumunda ekologiya hüququ sahəsində beynəlxalq və milli səviyyədə akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin həyata keçirilməsi, eyni zamanda təhsilalanlar üçün etno-ekoloji və ekoturizm yönümlü proqramların hazırlanması, birgə elmi tədqiqatların aparılması, sərgilərin, yay düşərgələrinin təşkil edilməsi də nəzərdə tutulur.
Memorandum of Understanding was signed between BSU and the Service for Protection of Biological Diversity
A Memorandum of Understanding was signed between the Baku State University (BDU) and the Ministry of Ecology and Natural Resources (ETSN) Biological Diversity Protection Service.
Speaking at the signing ceremony, Elchin Babayev, Rector of BSU, said that the decision to hold the 29th session of the Conference of the Parties of the UN Framework Convention on Climate Change (COP29) in Azerbaijan in 2024 is a very important event. Hosting this prestigious event by Azerbaijan is one of the greatest victories of the President of the Republic of Azerbaijan Ilham Aliyev. This decision, taken by all countries of the world, is a clear example of the great trust and respect shown to our country. The declaration of 2024 in Azerbaijan as the " Green World Solidarity Year" will further impetus to the work that our country is doing in this direction. All of these also impose certain obligations on public institutions and higher education institutions.
The Rector expressed his confidence that the signed memorandum will contribute to the state policy implemented in this area in the country.
The head of the Biological Diversity Protection Service Firuddin Aliyev noted that there are all conditions for conducting experimental and scientific-research work in all national parks and reserves in Azerbaijan. Experiences and training can be organized in the Biological Diversity Protection Service in order to increase the efficiency of the learning process of BSU students. According to the memorandum of agreement, it is intended that employees of structural divisions of the Service to hold specialization classes and to be involved in the learning process. Involving BSU students studying ecology majoring and ecological law in the preparation and implementation of ecological projects will also be organized within the framework of joint cooperation.
The Memorandum of Understanding provides for conducting academic, scientific events and trainings, conferences, seminars, symposiums and lectures in the field of ecology law at international and national levels, as well as preparing ethno-ecological and ecotourism oriented programs for educators, conducting joint scientific research, organizing exhibitions and summer camps.