Xəbərlər

Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

27 Yanvar 2024, 11:45

Dünya Ekoloji Təhsil Günü dünyanın bir çox ölkəsinin təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyinə, ekoloji şüurun formalaşmasının əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə qeyd edilir.

Bu gün ilə əlaqədar ölkəmizdə də müxtəlif tədbirlər keçirilmiş, uşaqlar arasında ətraf mühit ilə bağlı məlumatlılıq artırılmışdır.

Növbəti belə tədbirlər Hirkan Milli Parkının əməkdaşları tərəfindən Lənkəran rayon Hirkan qəsəbə tam orta məktəbində, Samur-Yalama Milli Parkının əməkdaşları tərəfindən Xudat şəhər 4 saylı texniki fənlər təmayüllü məktəb-liseyində, Xaçmaz rayon Şimali kənd tam orta məktəbində, Türyançay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Ağdaş rayon Ağcayazı kənd orta məktəbində, Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Goranboy rayonu Qarasuçu kənd orta məktəbində, Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Muğanlı və Qaçaq Kərəm kənd tam orta məktəblərində, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən isə Zaqatala rayonu Humanitar Fənlər Gimnaziyasında maarifləndirici görüşlər keçirilib.

Görüşlər zamanı uşaqlara ekoloji təhsilin əhəmiyyəti vurğulanıb, Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri, zəngin biomüxtəlifliyi barədə məlumatlar verilib.