Qanunsuz ov etmək istəyən şəxslər cərimə olunub
15 Oktyabr 2015, 00:00
14 oktyabr 2015-ci il tarixində Ağgöl Milli Parkının ərazisində ov etmək istəyən Suriya vətəndaşı İmad Alabarsan Hlayıl və Azərbaycan vətəndaşı Ramil Ağayev Milli Parkın mühafizə işçiləri tərəfindən saxlanılıb. Qanun pozucularının Az 10-PE-901 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilinə keçirilən baxış zamanı oradan 1 ədəd binokl, quş saxlamaq üçün
səbət və ov vasitələri müəyyən olunaraq götürülüb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduqlarına görə qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2600 manat məbləğində cərimə edilib.