Xəbərlər

Leyla Həsənova COP29-un Gənc İqlim Çempionu vəzifəsinə təyin edilib.

24 Yanvar 2024, 19:50

Leyla Həsənova ADA Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və “Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. Bakalavr təhsili zamanı Türkiyənin Kadir Has Universitetində “Siyasət və Beynəlxalq münasibətlər” üzrə akademik mübadilə proqramında iştirak etmişdir.

Təhsil aldığı müddətdə Leyla Həsənova iqlim dəyişikliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri, gənclər, gender və iqlim dəyişikliyinə dayanıqlılıq kimi bir sıra mövzularda araşdırma və təhlillər aparıb.

O, həmçinin BMT-nin Sistem Heyətləri Kolleci (UNSSC) və Fəlakət Riskinin Azaldılması Ofisi (UNDRR) tərəfindən təşkil olunmuş “Thought Leadership Course – Synergizing Disaster Risk Reduction and Climate Change Adaptation”, “The Youth, Peace and Security”, “Digital4Sustainability Learning Path” təlimlərini uğurla başa vurmuşdur.

Daha əvvəl Leyla Həsənova ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunda korporativ sektor və dövlət qurumları üçün ixtisasartırma proqramlarının təşkili üzrə Proqram koordinatoru vəzifəsində çalışmışdır.

Hazırda Leyla Həsənova Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi vəzifəsində çalışır.

______________________________________________________________________________


Leyla Hasanova is appointed as a Youth Climate Champion for COP29 Azerbaijan.

Leyla Hasanova earned a bachelor's degree in International Studies and a master's degree in Public Administration from ADA University. She also participated in an academic exchange program in Politics and International Relations at Kadir Has University in Türkiye.

Throughout her studies, Leyla conducted research and analysis on several topics, including climate change, sustainable development, renewable energy resources, youth, gender, and climate resilience.

She has also successfully graduated from United Nations System Staff College (UNSSC) and the UN Office for Disaster Risk Reduction (UNDRR) attending the courses such as "Thought Leadership Course – Synergizing Disaster Risk Reduction and Climate Change Adaptation," "The Youth, Peace and Security," and "Digital4Sustainability Learning Path."

Leyla Hasanova has previously worked as a Program Coordinator at the Institute for Development and Diplomacy, where she was responsible for managing executive education programs for corporate sectors and government agencies.

Currently, Leyla is serving as the Head of the Secretariat at NAM Youth Organization.