Xəbərlər

Növbəti ictimai dinləmə keçirilib

22 Yanvar 2024, 16:04

Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində yerləşən qum-çınqıl faydalı qazıntı yataqlarında aparılan istismar işləri ilə bağlı Quba rayonunun Talıbqışlaq kəndində ictimai dinləmə keçirilib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən təşkil olunan ictimai dinləmədə aidiyyəti dövlət qurumlarının və istismarçı şirkətin nümayəndələri, eləcə də kənd sakinləri iştirak edib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, yerli sakinləri maraqlandıran suallar cavablandırılıb.

______________________________________________________________________________


In the village of Talibgishlaq, Guba region, a public hearing was held on the exploitation of sand-gravel mines in the Velvelechay section, which crosses the territory of Guba region.
The public hearing, organized by the State Agency for the Use of Mineral Resources, was attended by representatives of the relevant state bodies and the operating company, as well as local residents. At the event, questions were answered and wide-ranging discussions were held.