İşğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantıları poliqonlarının inşası ilə bağlı ictimai dinləmə keçirilib
22 Yanvar 2024, 16:58
İşğaldan azad edilmiş ərazilərdə inşası nəzərdə tutulmuş bərk məişət tullantıları poliqonları üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin müzakirəsi ilə bağlı ictimai dinləmə keçirilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan tədbirdə sifarişçilər, layihə icraçıları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edib.
Qeyd olunub ki, Ağdam, Tərtər, Xocalı, Kəlbəcər, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında müvəqqəti tullantı poliqonları, Füzuli və Zəngilan rayonları ərazisində isə ötürücü məntəqələrin salınması üçün ərazi ayrılıb. Tullantı poliqonlarının yeri seçilən zaman ətraf mühitə təsirin minimum olması üçün bütün parametrlər nəzərə alınıb.
______________________________________________________________________________
A public hearing was held on the construction of municipal solid waste landfills in liberated areas.
A public hearing was held to discuss the environmental impact assessment documents for the construction of municipal solid waste landfills in liberated areas.
The event, organized by the The State Ecological Expertise Agency was attended by entrepreneurs, project implementers, ecologists, NGO and media representatives, as well as other interested parties.
It was noted that temporary landfills were allocated in Aghdam, Terter, Khojaly, Kalbajar, Lachin, Gubadly and Jabrayil districts., while Fuzuli and Zangilan regions were allocated areas for the construction of transmission points. When choosing the location of the landfills, all parameters were considered to minimize the impact on the environment.