Xəbərlər

“Qablaşdırma tullantılarının idarə edilməsi” mövzusunda görüş keçirilib

19 Yanvar 2024, 18:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin tərəfdaşlığı ilə “Qablaşdırma tullantılarının idarə edilməsi” mövzusunda görüş təşkil edilib.

Görüşdə iştirakçılara Azərbaycan Respublikasında qablaşdırma sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə təkrar emal müəssisələrinin qablaşdırma tullantılarının İstehsalçının Genişləndirilmiş Məsuliyyəti modeli əsasında idarə edilməsi ilə bağlı maarifləndirici məlumatlar verilib, onlar arasında əlaqələrin qurulması yolları müzakirə edilib.

Tədbirdə İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, “Hüquq və Biznes Konsaltinq” MMC, “Rüzgar” İB, “Təmiz Şəhər” ASC, “Coca-Cola” Şirkəti, “Carlsberg Azərbaycan”, Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İB, "AzEkol" QSC, “Smart Waste” MMC nümayəndələri ilə yanaşı, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun, ADA, eləcə də Azərbaycan Memarlıq və İnşaat universitetlərinin elmi işçi heyəti və müstəqil ekspertlər iştirak edib.