Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya yeni seçilmiş üzvlərlə görüş keçirilib.

18 Yanvar 2024, 17:35

Görüşdə İctimai Şuranın "Yaşıl dünya naminə həmrəylik" ili, həmçinin COP 29 tədbirinə ölkəmizin ev sahibliyi edəcəyi 2024-cü ildə fəaliyyət istiqamətləri, ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin rolu və dəstəyi, icitmaiyyətlə əlaqələrin daha sıx qurulması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.

Şuranın yeni seçilən üzvləri COP29 ili çərçivəsində həyata keçiriləcək bütün tədbirlərdə yaxından iştirakla yanaşı, ictimai nəzarətin həyata keçirilməsi, ekoloji yönümlü digər QHT-lərlə birgə Nazirliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, ətraf mühitlə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli və nəticəyönümlü olmasına çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, 15 yanvar 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, müraciəti qeydə alınmış 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.