2024-cü il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”
18 Yanvar 2024, 15:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar 20 s nömrəli Sərəncamı ilə “2024-cü il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarı (kvotası), balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü” təsdiq edilmişdir.
2024-cü ildə Azərbaycan Respublikasının balıqçılıq su obyektlərində sənaye, elmi tədqiqat və nəzarət, təhsil və maarifləndirmə, habelə akvakultura məqsədləri ilə balıq və digər su bioresurslarının ovu üçün kvotaların bölgüsü sözügedən Sərəncamla təsdiq edilmiş “2024-cü il üzrə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nə əsasən həyata keçiriləcəkdir.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxs: Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşı Yaqub İbrahimli, tel: 055-362-62-56.