Xəbərlər

Faktiki hava

17 Yanvar 2024, 12:09

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 17-si saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək, Aran rayonlarında 13°-dək,, Naxçıvan Muxtar Respublikasında 3°-dək isti, dağlıq rayonlarda 3-7° isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.