Xəbərlər

"Fotoqrafların qış turu" layihəsi Abşeron Milli Parkından start götürdü

11 Yanvar 2024, 17:20

11 yanvar Ümumdünya Milli Parklar və Qoruqlar günü ilə əlaqədar Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə həyata keçirilən "Fotoqrafların qış turu" layihəsinin ilk çəkilişləri Abşeron Milli Parkından başladı.

Fotoqraflar gün ərzində parkın ərazisində məskunlaşmış köçəri quşları, təbiət mənzərələrini, Şahdili burnunun ecazkar görüntülərini əks etdirən foto və videolar çəkməyə müvəffəq oldu.

Layihə çərçivəsində, peşəkar və həvəskar fotoqrafları öz sıralarında birləşdirən Azərbaycan Fotoqraflar Birliyinin üzvləri ölkəmizin füsunkar təbiətinin qış mənzələrini lentə alacaq, "Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmizin qorunan təbiət potensialını foto və video görüntülərlə nümayiş etdirəcəklər.

Fotoqrafların səfərləri fevral ayının sonunadək digər milli parklar və qoruqlarda davam edəcək.

________________________________________________________________________

"Photographers' winter tour" project started in Absheron National Park

On January 11, the International Day of Reserves and National Parks the first shooting of the "Photographers' Winter Tour" project, organized by the Biodiversity Conservation Service and supported by the Azerbaijan Photographers Union, started in Absheron National Park.

During the day, photographers managed to take photos and videos of migratory birds living in the park, natural landscapes and spectacular views of Shahdili Cape.

Within the framework of the project, members of the Azerbaijan Photographers Union, which unites professional and amateur photographers, will capture the winter landscape of the fascinating nature of our country and demonstrate the potential of the protected natural areas of our country during "Green World Solidarity Year" with photos and videos.

The photographers' visits to other national parks and protected areas will continue until the end of February.