Xəbərlər

Yanvarın 10-u saat 18:00-a olan faktiki hava

10 Yanvar 2024, 18:20

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir. Belə ki, Quba, Qobustan, Yevlax, Kürdəmir, Şamaxı, Beyləqan, Gədəbəy, Hacıqabul, Mingəçevir, Naftalan, Şəmkir, Sabirabad, Xaltan, Zərdab, Daşkəsən, Goranboy, Yardımlı, Qax, Göygöl, Salyan, İmişli, İsmayıllı, Biləsuvar, Ağdam, Şəki, Cəfərxanda qar yağır.
 
Zaqatala, Gəncə, Göyçay, Lənkəran, Astara, Neftçala, Şərur, Ordubad, Culfa, Şahbuz, Oğuz, Balakəndə isə yağış müşahidə olunur.

Şəki, Quba, Oğuz, Xaltan, Daşkəsən, Lerik, Göygöl, Qax, Hacıqabul, Şamaxıda duman qeydə alınıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.