Faktiki hava
10 Yanvar 2024, 00:42
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 00.00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 09-u axşam saatlarından başlayaraq hava şəraiti dəyişib, şimal-qərb küləyi bəzi yerlərdə güclənib.
Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Şəkidə 18 m/s, Şabranda 16 m/s-dək çatıb.
Zaqatala, Xaçmaz, Ceyrançöl, Qubada yağış, Qaxın dağlıq ərazilərinə qar yağıb.