Zəngin təbii landşafta, unikal ekosistemə malik olan milli parklarımız bayram günlərində ziyarətçiləri müxtəlif tədbirlərlə qarşılayıb.
04 Yanvar 2024, 15:00
Ziyarətçilər Şahdağ və Abşeron Milli Parklarında quşları müşahidə, Göygöl Milli Parkının müxtəlif ekoturizm marşurtları boyunca gəzintilər, meşə və dəniz ekosisteminin qovuşduğu Samur-Yalama Milli Parkında isə açıq səma altında müxtəlif idman məşqləri ediblər.
Ölkəmizin hər fəsildə füsunkar təbiəti ilə turistləri valeh edən, landşaftına, ekosisteminə görə bir-birindən fərqli təbiət abidələri sayılan milli parkları bu bayram günlərində hər kəsin yolunu gözləyir.