Abşeron Milli Parkında "Quşların müşahidəsi turu" təşkil olunub.
03 Yanvar 2024, 15:00
Ziyarətçiləri tanınmış ornitoloq Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov müşayiət edib.
Tur iştirakçıları bu qışda dəniz sahili ərazilərdə, o cümlədən Abşeron Miili Parkının su akvatoriyasında qışlama dövrünü keçirən müxtəlif növ ornitofauna növlərini müşahidə edib.
Ornitoloq E.Sultanov ziyarətçilərə Azərbaycan ərazisində qışlayan və daimi məskunlaşan quş növləri haqqında məlumat verib, ölkəmizin xüsusi mühafizə olunan təbiət ərazilərində quşların müşahidəsi üçün mövcud şərait haqqında danışıb.

Tur çərçivəsində iştirakçılar Şahdili burnunu ziyarət edib, parkda yaradılan şəraitə uyğun olaraq səmərəli vaxt keçiriblər.
Qeyd edək ki, Abşeron Milli Parkı köçəri quşların miqrasiya marşrutunun üzərində yerləşir və parkın ərazisində köç dövrlərində minlərlə quş məskunlaşır.