Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 Noyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla ongünlük normanın 78 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 85 m3/s təşkil edərək ongünlük normanın 101 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 24, Salyanda 13, Bankədə 8 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2013-cü il noyabrın 07-də 324 sm), Şirvanda 179 sm (2013-cü il noyabrın 07-də 171 sm), Salyanda 123 sm (2013-cü il noyabrın 07-də 130 sm), Bankədə 179 sm (2013-cü il noyabrın 07-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2013-cü il noyabrın 07-də 93 sm) təşkil edir.