Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
24 Dekabr 2023, 14:30
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 23-də günün ikinci yarısından hava şəraiti dəyişib, bəzi yerlərdə güclü qərb küləyi əsib.
"Küləyin maksimal sürəti Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, əksər rayonlarda isə 25 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında isə 24 m/s-yə çatıb. Güclü külək nəticəsində bəzi rayonlarda, o , cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb, dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub."
G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək. "Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Ehtiyatlı olun!"