20 dekabrda atmosfer havasının keyfiyyətinə dair
20 Dekabr 2023, 16:15
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində çirkləndirici qaz qarışıqlarından yalnız dəm qazının miqdarı Bakı şəhəri üzrə 1.3 dəfə yüksək müəyyən edilib.
Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.