Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən bölgələrdə əhaliyə ətraf mühitin mühafizəsi sahəsində göstərilən elektron xidmətlərlə bağlı təlim keçirilib.

15 Dekabr 2023, 14:35

Şirvan şəhər Gənclər Mərkəzində keçirilən tədbirdə 100-ə yaxın yerli sakinə Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, o cümlədən Rəqəmsal Ekologiya Vahid İnformasiya sistemi barədə məlumat verilib.
 
Keçirilən təlimlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Təlimlərin ölkəmizin digər bölgələrində də təşkili nəzərdə tutulub.