Ekoturizmin inkişafı məqsədilə təbiət ərazilərinə infotur təşkil olunub
14 Dekabr 2023, 17:00
Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyin dəstəyi ilə Azərbaycanın ecazkar təbiət ərazilərini tanıtmaq, ekoturizm fəaliyyətlərini təşviq etmək və ölkəmizin Cənubi Qafqazda rəqabətli destinasiyaya çevrilməsi məqsədilə 11-13 dekabr tarixlərində infotur təşkil olunub.
Müxtəlif turoperator və turagentliklərin əməkdaşlarının, media nümayəndələrinin, videoblogerlərin və müstəqil bələdçilərin iştirakı ilə təşkil olunan infotur 4 turizm marşrutu boyunca fərqli ekoturizm fəaliyyətlərini əhatə edib.
Müxtəlif turoperator və turagentliklərin əməkdaşlarının, media nümayəndələrinin, videoblogerlərin və müstəqil bələdçilərin iştirakı ilə təşkil olunan infotur 4 turizm marşrutu boyunca fərqli ekoturizm fəaliyyətlərini əhatə edib.
İnfotur şimal, cənub, şimal-mərkəz və qərb turizm dəhlizləri boyunca yerləşən Şahdağ, Qızılağac, Hirkan və Göygöl Milli Parklarında, habelə öz unikal cəlbediciliyi ilə seçilən təbiət ərazilərində və ekoturizm potensialı olan digər ərazilərdə keçirilib.
Azərbaycanda ekoturizmi inkişaf etdirmək və bu növ fəaliyyətləri təşviq etmək məqsədilə təşkil olunan səfər çərçivəsində Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Lənkəran, Lerik, Astara və Göygöl rayonlarının əraziləri ziyarət olunub.
İştirakçılara təbiət əraziləri, milli parklar və eləcə də digər turizm baxımından mühüm hesab edilən ərazilərdə ekoturizmin inkişaf etdirilməsinin vacibliyi barədə məlumatlar verilib.