Xəbərlər

COP28: Azərbaycanın su ehtiyatları barədə iştirakçılar məlumatlandırılıb

11 Dekabr 2023, 14:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndə heyəti tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində Azərbaycan pavilyonunda bir sıra görüşlər keçirilib.

Təşkil olunan görüşlər zamanı iştirakçılara Azərbaycanın su ehtiyatları, gələcək perspektivlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri, o cümlədən alternativ su mənbələrindən istifadə istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verilib.