Bu gün Beynəlxalq Dağlar Günüdür
11 Dekabr 2023, 12:30
BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq 11 dekabr tarixi hər il dünyada Beynəlxalq Dağlar Günü kimi qeyd olunur.
Bu il Beynəlxalq Dağlar Günü “Dağ ekosistemlərinin bərpası” devizi altında keçirilir.
Bu günün keçirilməsində məqsəd dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətini cəmiyyət qarşısında qaldırmaqdır.
Qeyd edək ki, dünyada mövcud olan dağlar, dünya əhalisinin 15%-nə ev sahibliyi edir və bəşəriyyətin gündəlik həyat üçün şirin su, enerji və dərman vasitələri ilə təmin edilməsində xüsusi rol oynayır.
Təəssüf ki, dağlar iqlim dəyişikliyi, eləcə də istismar və çirklənmə təhlükəsi altındadır ki, bu da insanlar və planet üçün riskləri artırır. Qlobal iqlim dəyişikliyi davam etdikcə dağ buzlaqları əriyərək aşağı axarda şirin su ehtiyatlarına təsir edir. Eroziya və çirklənmə aşağı axınla axan suyun keyfiyyətinə və torpağın məhsuldarlığına xələl gətirir.
Bu problem hamımıza təsir edir. Biz mənfi vərdişlərimizin ətraf mühitə təsirini bilməli, karbon izimizi azaltmalı və təbii sərvətlərin qayğısına qalmalıyıq.