Şahdağ Milli Parkının incisi - Qaranohur gölü
07 Dekabr 2023, 12:10
Şahdağ Milli Parkının İsmayıllı bölməsində yerləşən, sıx meşəliklə əhatə olunmuş, bütün fəsillərdə öz gözəlliyi ilə seçilən əsrarəngiz bir dağ gölüdür. İsmayıllı şəhərindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1520 m yüksəklikdə yerləşir.
Böyük Qafqaz dağlarından axan Qaranohur çayının hövzəsinə daxildir. Sahildən uzaqlaşdıqca Qaranohur gölünün orta hissəsində şəffaflıq maksimuma çatır.