Xəbərlər

“Tullantıları tinglərə dəyiş” aksiyası zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 923 litr olan plastik, 80 ədəd işlənmiş batareya və 90 litr şüşə tullantı təhvil verilib

01 Dekabr 2023, 18:50

Növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “20 Yanvar” m/s yaxınlığında yerləşən “Bravo” hipermarketin qarşısında keçirilib.

Vətəndaşlar arasında yaşıllıqların artırılması və tullantıları çeşidləmə vərdişinin formalaşmasına yönəlmiş aksiya çərçivəsində ümumi tutumu 923 litr olan plastik, 90 litr şüşə və 80 ədəd işlənmiş batareya təhvil alınaraq əvəzində 150 ədəd ağac tingi paylanılıb. Qeyd edək ki, paylanılan ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir.

Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək. Hər kəsi aksiyalarda fəal iştirak etməyə çağırırıq. Əldə etdiyiniz ağac tinglərini əkdikdən sonra şəkillərini bizimlə bölüşə bilərsiniz.