“Gənc İqlim Elçiləri” layihəsi çərçivəsində seçilmiş gənclərə təlimlər keçirilib
28 Noyabr 2023, 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və UNICEF Azərbaycanın birgə təşəbbüsü ilə keçirilən “Gənc İqlim Elçiləri” layihəsi çərçivəsində seçilmiş gənclərə təlimlər keçirilib.
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən İqlim Elçilərinə “Azərbaycanda iqlim dəyişikliyinin təsirləri”, “Zəifliklər və çətinliklərə uyğunlaşma və azaldılma səyləri”, “Azərbaycanda beynəlxalq müqavilələr, çərçivə konvensiyaları” və “İqlim idarəçiliyi” mövzuları ilə bağlı məlumatlar verilib, gənclərin sualları cavablandırılıb. Eyni zamanda, gənclər Milli Hidrometeorologiya Xidmətinə səfər edərək Situasiya Mərkəzi ilə tanış olublar.

Bundan əlavə Gənc İqlim Elçilərinə Gənclər və İdman Nazirliyinin “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsinin və “Ekosfera” Sosial Ekoloji Mərkəzin mütəxəssisləri tərəfindən məlumatlandırıcı, interaktiv təlim sessiyaları keçirilib.
Qeyd edək ki, layihənin keçirilməsinin əsas məqsədi gənclərin bilik və bacarıqlarının artırılması yolu ilə onları iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində təşəbbüslərə cəlb etməkdir.
Gənc İqlim Elçiləri gənclərin, eləcə də, digər geniş əhali qruplarının iqlim böhranı və ətraf mühitin mühafizəsi barədə maarifləndirilməsində fəal rol oynayacaq.