Növbəti ictimai dinləmə keçirilib
27 Noyabr 2023, 14:25
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Tədbirdə tikinti şirkətlərinin təmsilçiləri, həmçinin dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və digər maraqlı tərəflər iştirak edib.
Görüşdə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən istismar müddəti bitmiş binaların söküntüsü və yeni binaların inşası zamanı yaşıllıqların götürülməsi və mühafizəsi ilə bağlı müzakirələr aparılıb.
İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri, eləcə də mövcud yaşıllıqların landşaft elementi kimi qorunması məsələləri müzakirə olunub, ictimaiyyət üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib və yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.