Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

24 Noyabr 2023, 13:03

Yardımlı rayonu Ləzir kəndi yaxınlığındakı meşə ərazisində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı Yardımlı rayonu Ləzir kəndi ətrafındakı 2 saylı meşə dolayında ağacların sözügedən kənd sakinləri Qadir Nuriyev və Ceyhun Nəzərov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Hazırda ərazidə araşdırmalar davam etdirilir.