Xəbərlər

İctimai dinləmə keçiriləcək

22 Noyabr 2023, 11:25

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Sumqayıt şəhəri və Abşeron rayonu üzrə tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçiriləcək.

24 noyabr 2023-cü il tarixində, saat 15:00-da Agentliyin inzibati binasında keçiriləcək tədbirdə hazırda həyata keçirilən və keçirilməsi nəzərdə tutulmuş layihələrdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər kütləvi informasiya vasitələri, QHT və maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə ediləcək.

Əlavə məlumat üçün: 055 900 55 56
24 noyabr 2023-cü il
Saat 15:00
Dövlət Ekoloji Ekspertiza Agentliyi (Heydər Əliyev prospekti 10 ünvanı)