Faktiki hava
21 Noyabr 2023, 09:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 21-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Düşən yağıntının miqdarı: Balakəndə 30 mm, Şəkidə 29 mm, Zaqatalada 21 mm, Qəbələdə 14 mm, Quba, Qusarda 13 mm, İsmayıllı, Oğuzda 11 m, Qrız, Xaltan, Gədəbəydə 9 mm, Göygöldə 8 mm, Daşkəsən, Mingəçevir, Ordubad, Şamaxı, Gəncə, Şahdağ, Göyçay, Sabirabad, Biləsuvar, Qobustan, Şəmkir, Tovuz, Ceyrançöl, Beyləqan, Naftalan, Ağdam, Qax, Altıağac, Ağstafa, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Şirvan, Neftçala, Yardımlı, Lerik, Astara, Göytəpə, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Qar örtüyünün hündürlüyü: Zaqatalada (Əlibəy) 17 sm, Qax (Sarıbaş), Qrızda 4 sm, Ordubad, Şahdağda 3 sm olub.
Duman: Sumqayıt, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Qrız, Daşkəsən, Xaltan, Göyçayda müşahidə olunub.
Külək: Şimal-qərb küləyi arabir Mingəçevirdə 25 m/s, Tovuz, Naftalanda 22 m/s, Şahdağ, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Yardımlı, Şəmkir, Ceyrançöl, Sədərəkdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s -dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.