Xəbərlər

15 noyabrda atmosfer havasının keyfiyyətinə dair

15 Noyabr 2023, 16:35

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində çirkləndirici qaz qarışıqlarından dəm qazının miqdarı Bakı şəhəri üzrə 1.3, Sumqayıt şəhərində isə azot-4 oksid 1.2 dəfə yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.