Naxçıvan Hidrometeorologiya İdarəsinin mütəxəssislərinə təlim keçirilib
14 Noyabr 2023, 16:45
Meteoroloji və hidroloji müşahidələrin aparılması, meteoroloji proqnozların hazırlanması ilə bağlı Naxçıvan Hidrometeorologiya İdarəsinin mütəxəssislərinə təlim keçirilib.
“Azərbaycan Respublikasında hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı ikillik tvinninq layihəsi çərçivəsində keçirilən təlim Fransa, Finlandiya və Litvadan olan ekspertlər tərəfindən baş tutub.
Eyni zamanda, beynəlxalq ekspertlər avtomat meteoroloji stansiyalara baxış keçirib. Gələcəkdə Naxçıvan Muxtar Respublikası ərazisində meteoroloji proqnozların daha dəqiq hazırlanması məqsədilə proqnoz modellərinin tətbiqinin təşkili barədə müzakirələr aparılıb.