Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

17 Oktyabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 160-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir. 
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 189 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 147 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 76 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktaybrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 8, Salyanda 3, Bankədə isə 1 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2014-cü il oktyabrın 16-da 298 sm), Şirvanda 201 sm (2014-cü il oktyabrın 16-da 155 sm), Salyanda 164 sm (2014-cü il oktyabrın 16-da 98 sm), Bankədə 175 sm (2014-cü il oktyabrın 16-da 159 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2014-cü il oktyabrın 16-da 30 sm) təşkil edir.