Xəbərlər

Növbəti ictimai dinləmə keçirilib

07 Noyabr 2023, 16:10

Bakı şəhərində dövlət qurumları və özəl təşkilatlardan daxil olan tikinti layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi, ictimaiyyətin məlumatlandırılması və ekoloji rəyin verilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə Nəsimi rayonu C.Məmmədquluzadə, Bakıxanov küçələri, Xətai, Binəqədi, Sabunçu, Nizami və Nərimanov rayonları ərazisində həyata keçirilən layihələrdə tikinti altına düşən yaşıllıqların köçürülməsinə dair müzakirələr aparılıb.