Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 Oktyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən gün ərzində Lənkəran-Astara bölgəsinə yağan leysan yağışlar nəticəsində bu ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 41, Lənkəraçay-Sifidorda 23, Vəşərüçay-Daştatükdə 31, Viləşçay-Şıxlarda isə 49 sm artım qeydə alınıb.
Hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 320-540, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında 100-130, Kiçik Qafqazın çaylarında 40-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 62 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 106 m3/s təşkil edərək ongünlük normanın 115 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Bankədə 28, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Şirvanda 14, Salyanda isə 20 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 295 sm (2013-cü il oktyabrın 27-də 331 sm), Şirvanda 131 sm (2013-cü il oktyabrın 27-də 166 sm), Salyanda 88 sm (2013-cü il oktyabrın 27-də 119 sm), Bankədə 183 sm (2013-cü il oktyabrın 27-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 22 sm (2013-cü il oktyabrın 27-də 95 sm) təşkil edir.