Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib
04 Noyabr 2023, 18:00
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Zəfər Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Nazirliklərin rəsmiləri və nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, şəhid ailəsi üzvləri, Vətən müharibəsi veteranları, həmçinin DOST könüllüləri və ekokönüllülərin iştirak etdiyi aksiya zamanı 1 hektar ərazidə torpaq-iqlim şəraitinə uyğun 600-dən çox zeytun və şam ağacları əkilib.