Xəbərlər

İctimai dinləmə keçiriləcək

04 Noyabr 2023, 00:00

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən dövlət və özəl qurumlardan daxil olan tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçiriləcək.

6 noyabr 2023-cü il tarixində, saat 15:00-da Agentliyin inzibati binasında keçiriləcək ictimai dinləmədə hazırda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər kütləvi informasiya vasitələri, QHT və maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə ediləcək.

Əlavə məlumat üçün: Agentliyin İnformasiya təminatı üzrə aparıcı mütəxəssisi Elnur Ağayev (tel: 055-900-55-56, e-poçt: elnur.agayev@eco.gov.az)

6 noyabr 2023-cü il

Saat 15:00

Dövlət Ekoloji Ekspertiza Agentliyi (Heydər Əliyev prospekti 10)