Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərini öyrənmək və müvafiq uyğunlaşma tədbirlərini hazırlamaq üçün keçirilən ekspert qrupunun iclası davam edir.
03 Noyabr 2023, 12:15
Tədbirin ikinci günündə “Dəniz səviyyəsinin dəyişməsinin Xəzər dənizinin ekosistemlərinə və biomüxtəlifliyinə təsiri” mövzusu ətrafında yerli və xarici ekspertlərin çıxışları dinlənilir.