Xəbərlər

Nazirliyin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

02 Noyabr 2023, 14:10

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov tərəfindən Nazirliyin 50-yə yaxın gənc əməkdaşına korrupsiya ilə mübarizə sahəsində məlumatlılığın artırılması, antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədilə təlim keçirilib.

Təlim müddətində iştirakçılara korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və görülmüş tədbirlər, korrupsiya ilə əlaqədar hüquqpozmalar və onların subyektləri, bu növ hüquqpozmaların aşkar edilməsi və digər məsələlər ətrafında geniş məlumat verilib. İnteraktiv formatda keçirilən təlimdə əməkdaşların sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq dövlət orqanları ilə birlikdə sistemli tədbirlər həyata keçirilir.